İran və Türkiyə narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər
Apr 18, 2018 13:23 Asia/Baku
İran və Türkiyənin narkotik maddələrlə mübarizə polisinin ikinci iclasında tərəflər arasında narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin narkotik maddələrlə mübarizə idarəsinin sədri mayor Məsud Zahidiyan Ankarada Türkiyə polisinin narkotik maddələrlə mübarizə idarəsinin başçısı ilə görüşüb. Bu görüşdə tərəflər ikitərəfli əməkdaşlıqların genişləndirilməsi xüsusilə narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə sahəsində razılığa gəliblər.
Ötən aylar ərzində İran və Türkiyə polisi arasındakı əməkdaşlıqların gedişi habelə, birgə əməliyyat halları barədə də bu görüşdə müzakirələr edilib.