Apr 18, 2018 19:22 Asia/Baku
  • Müsəlman didərginlərin məşğulluq problemi və İƏT

İran İslam Respublikasının idman və gənclər naziri İslam Əməkdaşlıq Təşkilatının müsəlman didərginlərin məşğulluq probleminə və onlar üçün ixtisaslaşdırılmış peşə təlimlərinin təşkil olunmasına diqqət göstərməsini istəyib.

İslam Əməkdaşlıq Təşkilatının idman və gənclər nazirlərinin dürdüncü sesiyasında iştirak etmək üçün Bakıya səfər edən İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər bu sesiyada etdiyi çıxışında deyib: Könüllü olanlar üçün peşə təlimlərinin təşkil edilməsi, gənclər təşkilatlarının yaradılması və beynəlxalq "müsəlman gənc" gününün elan olunmasını İran İslam Respublikasının İƏT tərəfindən diqqətə alınmasını istədiyi təkliflər olduğunu bildirib.

Sultanifər hazırkı dövrün təhlükələinə,sosial ədalətsizlik, zülm, korrpsiya və zorakılıqdan doğan yoxsulluq, işsizlik, ifratçılıq və terror təhlükələrinə işarə edərək, deyib: İctimaiyyətin sağlamlığının təmin edilməsində idman kimi güclü bir vasitənin olması son dərəcə önəmlidir.

İranın gənclər və idman naziri həmçinin, Tehranın İslam Əməkdaşlıq Təşkilatında 2025-ci ilə qədər olan müddət üçün idman və gənclərlə bağlı təyin edilmiş hədəf və məqsədlərin gerçəkləşdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib və deyib: İran idman və gənclər nazirlərinin öncəki iclaslarında qəbul edilmiş sənədlərin icra edilməsinə hazırdır.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin idman və gənclər nazirlərinin dördüncü sesiyası çərşənbə günü Azərbaycan Respublikasının paytaxtı Bakıda işə başlayıb.

Teqlər