General Səlami: Sepah qüvvələri İslam ümmətinin qalxanı olublar
Apr 20, 2018 21:29 Asia/Baku
Sepah-ın baş komandan əvəzi deyib ki, Sepah qüvvələri cihad paltarı geydikləri gündən bəri İslam ümmətinin qalxanı olublar.
General-mayor pasdar Hoseyn Səlami Tehranın buhəftəki cümə namazı xütbələrindən öncəki çıxışında İmam Hüseyn(ə)-ın mövludunun ildönümü gününü və pasdar gününü tərbik edərək, əlavə edib: Dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə)-ın Aşura hərəkatı hamıya öyrətdi ki, müsəlmanların yeganə nicat və səadət yolu cihad yolundan keçir və zalımlarla mübarizənin heç bir həddi-hüdudu yoxdur.
Sepah-ın baş komandan əvəzi söyləyib: İran təhdidlər qarşısında məzlumları və zəifləri müdafiədən əl çəkməyəcək və düşmənlər İranı silahsızlaşdırma arzularını qəbirə apacaqlar.