Sepah başsağlığı verdi
-
Sepah başsağlığı verdi
İran İslam İnqilabının Keşikçiləri Korpusu Sepah Səudiyyə təcavüzkarlarının Yəmən xalqına qarşı son cinayətlərini pisləyərək, Saleh Əssəmadın şəhadəti münasibəti ilə Yəmən ordusu, xalqı, xalq komitələri və Ənsarullah Hərəkatının rəhbərinə təbrik və başsağlığı verib.
Yəmənin Ali Silasi Şurasının rəhbəri Saleh Əssəmad ötən cüməaxşamı Yəmənin qərbində Əl-Hədidə vilayətində Səudiyyə təcavüzkarlarının hərbi təyyarələrinin hücumunda şəhid oldu.
General Mayor Ramazan Şərif Əl-Məsirə telekanalına verdiyi müsahibədə Səudiyyə koalisiyasının Əl-Hədidəyə son hücumunu pisləyərək deyib: Bu cinayət Yəmənin məzlum ərəb xalqının müqavimətinin cinayətkar Səudiyyə Ərəbistanı, onun regiondakı və regiondan kənar müttəfiqlərinin məkirli planlarının Allahın lütfü ilə puça çıxdığını və son qələbə ilə bitəcəyini göstərdi.