Tehranın imamcüməsi: İran xalqı dörd dekadadır zalım quruluş qarşısında müqavimətli şəkildə dayanıb
https://azeri.sahartv.ir/news/İran-i304460-tehranın_imamcüməsi_İran_xalqı_dörd_dekadadır_zalım_quruluş_qarşısında_müqavimətli_şəkildə_dayanıb
Tehranın bu həftəki cümə namazının xətibi ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasını ləğv etməyə dair səylərinə reaksiyada bildirib: İranın böyük xalqı dörd dekadadır imperialist quruluş, o cümlədən ABŞ-ın düşmənçilik hərəkətləri qarşısında var-güclə dayanmışdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 27, 2018 11:22 Asia/Baku
  • Höccətülislam vəlmüslimin seyid Məhəmməd Həsən Əbuturabifərd
    Höccətülislam vəlmüslimin seyid Məhəmməd Həsən Əbuturabifərd

Tehranın bu həftəki cümə namazının xətibi ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasını ləğv etməyə dair səylərinə reaksiyada bildirib: İranın böyük xalqı dörd dekadadır imperialist quruluş, o cümlədən ABŞ-ın düşmənçilik hərəkətləri qarşısında var-güclə dayanmışdır.

İRİB-in məlumatına görə, Höccətülislam vəlmüslimin seyid Məhəmməd Həsən Əbuturabifərd Tehranın bu həftəki cümə namazı xütbələrində xatırladıb: İmperialist quruluş ötən dörd dekadada müxtəlif metodlar, o cümlədən müharibə, sanksiya və siyaasi təzyiqlərlə İran İslam Respublikasına zərbə vurmaq ardınca olub, lakin uğur qazanmayıb.

Tehranın müvəqqəti imam cüməsi əlavə edib: ABŞ-ın müxtəlif sahələrdə, o cümlədən nüvə anlaşması ilə bağlı düşmənçilikləri İran İslam Respublikası xalqı və quruluş rəsmilərinin birlikdə İranın öz şəriklərini etimadediləsi ölkələrdən seçmək nəticəsinə varmalarına səbəb olub.

Höccətüilslam vəlmüslimin seyid Məhəmməd Həsən Əbuturabifərd bildirib: İran xalqı heç vaxt imperializmə arxalanmayıb və arxalanmayacaq.