Zərif: Fars Körfəzinin təhlükəsizliyi daxildən olmalıdır
İranın xarici işlər naziri vurğulayıb: Fars Körfəzi mühüm məntəqədir və onun təhlükəsizlik və əməkdaşlıq sahəsi daxildən olmalıdır.
Məhəmməd Cavad Zərif bu gün 30 aprel- Fars Körfəzi Milli Günü münasibətilə etdiyi müraciətdə deyib: Regional dialoq assambleyasının təsisinin real həll yolu, yalnız dialoq, həmkarlıq və etimadın yaradılması ilə mümkündür.
Bu gün, aprelin otuzu, portuqaliyalı müstəmləkəçilərin 1622-ci ildə İranın cənub sularından çıxarılmalarının ildönümü günü, Fars Körfəzi Milli Günü adlandırılıbdır.
İranın xarici işlər naziri bildirib ki, Fars Körfəzi təkcə bir su hövzəsi deyil. O, əlavə edib: Bu tarixi reallıq minillik və dəyərli bir irsdir ki, onun ətrafındakı məntəqələrin sakinlərinin əcdadlarından bizə çatıbdır.
Zərif sonra deyib: Fars Körfəzi Asiyanın qərb məntəqəsinin həyatı və mahiyyətilə inteqrasiya etmiş ölməz yerli və mədəni dəyərlərin meydana gəldiyi bir məkandır və bu irs hesabına özü bu gün regionun mədəniyyət və tarixinin simvoluna çevrilibdir.
İranın diplomatiya aparatının başçısı vurğulayıb: Fars Körfəzi uzaq keçmişlərdən bəri öz sinəsində dünyanın ən həyati ticarət və enerji arteriyalarına yer veribdir.