General Şərif: Heç bir qüdrətin İrana hücum etmək gücü yoxdur
-
General Şərif: Heç bir qüdrətin İrana hücum etmək gücü yoxdur
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü İranın hərbi qüvvələrinin güclü rəhbərə arxalanaraq bütün müdafiə ehtiyaclarını ölkə daxilində istehsal etdiyini bildirərək deyib: Dünyada heç bir qüdrətin İrana hərbi hücum etmək gücü yoxdur.
İRNA-nın məlumatına görə, general Ramazan Şərif çərşənbə axşamı günü Qəzvin vilayətinin Əlvənd şəhərində Əmək Günü və Şəhid Fəhlələrin xatirəsinə həsr olunmuş tədbirdə deyib: İran dünyada öz qərarlarını müstəqil şəkildə verən, şəhidlərin yolundan örnək götürərək iqtisadi çiçəklənmə və xalqın rifahı yolunda addım atan yeganə ölkədir.
Sepahın sözçüsü əlavə edib: İslam İnqilabının mahiyyəti zülm və imperializmlə mübarizəyə əsasən formalaşıb və region və islam dünyasında anti-imperializmin genişlənməsinə səbəb olub.
General Şərif sözlərinin davamında xalq üçün təhlükəsizlik və rifahın yaradılmasını Sepahın əsas vəzifəsi adlandırıb və deyib: Sepah İslam İnqilabının yetirməsidir və öz inqilab mentalitetini rəhbərlik və ictimai olmasından alır.
Bu gün çərşənbə axşamı 1 may 2018-ci il Dünya Əmək Günüdür.