Avropa nüvə sazişinin icrasına təkid edib
https://azeri.sahartv.ir/news/İran-i306408-avropa_nüvə_sazişinin_icrasına_təkid_edib
Avropa Birliyi və Almaniya, Fransa və Britaniya Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) tam icra edilməsini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 15:43 Asia/Baku
  • Avropa nüvə sazişinin icrasına təkid edib
    Avropa nüvə sazişinin icrasına təkid edib

Avropa Birliyi və Almaniya, Fransa və Britaniya Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) tam icra edilməsini vurğulayıblar.

İRNA-nın verdiyi məlumata görə, ABŞ hökumətinin ƏMTP barədə qərar qəbul etməsi ərəfəsində AB və Almaniya, Britaniya və Fransa Brüsseldə İranın xarici işlər nazirinin müavini seyid Abbas İraqçinin də iştirak etdiyi nüvə sazişi barədə fikir mübadiləsi iclasında ƏMTP-nin tam icrasına dəstək verdiklərini bildiriblər. 

Bu məlumata görə, AB və üç Avropa ölkəsinin Helqa Şmitin sədrliyi ilə ƏMTP barədə fikir mübadiləsi iclasında siyasi müdirlər və İrandan XİN başçısının müavini iştirak edib.