Amerikanın ƏMTP-ni tərk etməsi bəhanə idi
-
Amerikanın ƏMTP-ni tərk etməsi bəhanə idi
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Amerikanların ƏMTP-ni tərk etmələri zənginləşdirmə mövzusunun bəhanə olduğunu göstərdi və onların əsasa məsələsinin İran İslam Respublikasının müdafiə gücü və təsir qabiliyyəti olduğunu isbat etdi.
General Leytenant Məhəmmədəli Cəfəri bu gün Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması barədə deyib: Amerikanın ƏMTP-ni şərurcasına tərk etməsini müsbət qiymətləndiririk, baxmayaraq ki, bundan öncə də amerikanların etibarı yox idi.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Amerikalıların zorakı olduqlarının bir daha sübut olduğunu bildirərək deyib: Amerikalılar heç bir müzakirə və qarşılıqlı əməkdaşlıq üçün etimadeləsi deyillər və bu məsələnin qəti isbatı son dərəcə təyinedicidir. General Cəfəri deyib: Amerikanın ƏMTP-dən çıxması məsələsi İran İslam Respublikasının gələcəyində son dərəcə təyinedicidir və hamı bununla əlaqədar yekdil və həmrəy olmalı, daxili potensialların gücləndirilməsi istiqamətində hərəkət etməli, daxili potensialların üzərində təmərküzləşməliyik.