Ayətullah Cənnəti: İran avropalıların öhdəliklərinə əməl etmələrini gözləyir
İran İslam Respublikasının Kanstitusiyanın İcrasına Nəzarət Şurasının katibi ABŞ-ın nüvə anlaşmasından birtərəfli qaydada çıxması əleyhinə beynəlxalq səviyyəli reaksiyalara işarə edərək, deyib: Avropalıların Vaşinqtonun bu hərəkətini qınamaları kifayət etmir. İran onların öz öhdəliklərinə əməl etmələrini gözləyir.
İRİB-nin verdiyi məlumata görə, Ayətullah Əhməd Cənnəti çərşənbə günü ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: Tramp nüvə anlaşmasından çıxmaqla beynəlxalq öhdəliklərə heç bir əhəmiyyət vermədiyini göstərdi. O, sadəcə siyasi məqsədlər və şəxsi ambisiyaları əsasında qərar qəbul edir. Dünyanın xüsusilə də Amerikanın tanınmış siyasətçiləri nüvə anlaşması qarşısındakı sədaqətsizliyin Amerikalılar üçün böyük bir rüsvayçılıq olduğuna inanırlar.