May 14, 2018 14:42 Asia/Baku
  • Cahangiri: Avropa Birliyi ABŞ-ın nüvə anlaşmasından çıxması qarşısında qətiyyətli rəftar etməlidir
    Cahangiri: Avropa Birliyi ABŞ-ın nüvə anlaşmasından çıxması qarşısında qətiyyətli rəftar etməlidir

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İran Avropa Birliyinin ABŞ-ın nüvə anlaşmasından çıxması məsələsində qətiyyətli mövqe sərgiləməsini gözləyir.

İshaq Cahangiri bu gün Tehranda Bolqarıstanın iqtisadiyyat naziri Emil Karanikolov ilə görüşdə İranın nüvə anlaşması çərçivəsində üzərinə düşən bütün öhdəliklərə əməl etdiyini və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin də bunu təsdiq etdiyini deyərək, əlavə edib: Avropa Birliyinin ABŞ-ın nüvə anlaşmasından çıxması qarşısındakı mövqeyi beynəlxalq arenada danışıqlara etimad etməyin mümkün olub-olmadığını sübut etmiş olacaq.

Cahangiri Asiyanın qərbində terrorizm məsələsinə işarə edərək, İŞİD və digər terror qruplaşmalarının Amerikalılar tərəfindən formalaşdırıldığını və bəzi region ölkələri o cümlədən Ərəbistan tərəfindən maliyyələşdirildiyini deyərək, əlavə edib: İran həqiqi mübarizə meydanında region xalqlarının kənarında dayanaraq, terrorizmin köklərini kəsən bir ölkədir.

İran İslam Respublikası prezidentinin birinci müavini daha sonra deyib: Tehran Suriya və Yəmən böhranları üçün hərbi həll yolunun olmadığına və bütün tərəflərin bu böhranların siyasi yolla həll olunmasına kömək etməli olduqlarına inanır.

Cahangiri həmçinin, İranın bütün sahələr üzrə Bolqarıstan ilə əməkdaşlıqların genişləndirilməsinə hazır olduğunu deyərək, bank əməkdaşlıqlarında mövcud olan maneələrin aradan qaldırılması və əlaqələrin genişləndirilməsi üçün birgə komissiyanın intensiv iclaslar keçirməsini istəyib.

Bolqarıstanın iqtisadiyyat naziri Emil Karanikolov da bu görüşdə İranı ölkəsinin və Avropa Birliyinin strateji şəriki adlandırıb və deyib: İranlı iş adamları Bolqarıstan vasitəsilə 500 milyonluq  Avropa bazarına çıxış əldə edə bilərlər.

Bolqarıstan hazırda Avropa Birliyinin dövrü sədridir.

Teqlər