May 15, 2018 08:50 Asia/Baku
  • Zərif Brüsselə daxil olub
    Zərif Brüsselə daxil olub

İran İslam Respublikası xarici işlər naziri Amerikanın nüvə sazişindən çıxmasından sonra bu mövzu barədə müzakirələr aparmaq məqsədi ilə başladığı səfərin üçüncü məqsədi olan Belçika paytaxtına dünən gecə daxil olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Zərif bu gün Brüsseldə Fransa, Almaniya və Britaniyanın XİN rəhbərləri eləcə də Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini ilə görüşəcək və nüvə sazişinin taleyini onlarla müzakirə edəcək. 

İran İslam Respublikası xarici işlər naziri Brüsseldən öncə Çin və Rusiyaya səfər etmişdi. 

Teqlər