Xərrazi: Avropa avro ödənişi ilə sanksiyalardan kənara çıxsın
İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri deyib ki, Avropa Amerika ilə eyni olmayan istiqlaliyyəti, imici və maraqlarını müdafiə edə bilməlidir. O, bildirib ki, Avropa avro ödənişi ilə sanksiyalardan kənara çıxa bilər.
Kamal Xərrazi İtaliyada çıxan "Corriere della Sera" qəzetilə müsahibədə ABŞ-ın nüvə anlaşmasından çıxması və İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyilə hədələməsi haqda belə əlavə edib: Nüvə anlaşmasının qorunub saxlanılması Avropa ölkələrinin rəftarından asılıdır və əgər Avropa bu təhdid qarşısında özünü müdafiə etməzsə, gələcək, daha mürəkkəb olacaqdır.
İran İslam Respublikası Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri sonra deyib: İran nüvə anlaşmasının bütün şərtlərinə əməl edib və Amerikanın qərarı siyasi bir qərar olaraq, bu ölkənin Yaxın Şərqdəki maraq və strategiyaları istiqamətindədir.
Xərrazi İranın bu gün keçmişdəkindən daha güclü və nüfuzlu olduğunu dilə gətirərək, söyləyib: Regionda Amerikadan asılı olan bəzi ərəb ölkələri belə bir vəziyyətdə regionda terrorizmin genişlənməsinə çalışır, eləcə də toqquşma və səbatsızlıq təhlükəsini qızışdırırlar.