May 19, 2018 13:17 Asia/Baku
  • "ABŞ nüvə sazişindən çıxmaqla etimadediləsi olmadığını göstərdi"

İranın Atom Enerjisi Təşkilatının sədri ABŞ-ın nüvə sazişindən çıxmasını ağılsız hərəkət adlandırıb və deyib: Yaxın gələcəkdə Avropa Birliyinin vədlərinin gerçəkləşəcəyinin şahidi olacağımıza ümid edirəm.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Avropa Birliyinin energetika komissarı Miquel Arias Kanete ilə görüşərək danışıqlar apardıqdan sonra, ABŞ-ın nüvə sazişindən çıxması, Avropa Birliyinin həyat keçirmək istədiyi işlərə toxunaraq deyib: Cənab Kanete ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Avropanın həyata keçirmək istədiyi işlər haqda bizə ətraflı məlumat verdi. Xüsusilə də Avropa Birliyinin canlandırmaq istədiyi məhdudlaşdırma qaydaları haqqında. 

İran prezidentinin müavini xatırladıb: Bu 40 il ərzində öz ayağımızın üzərində durduğumuz və bütün məhdudiyyətlər qarşısında müqavimət göstərdiyimiz kimi, bundan sonra da bu xalqın təşəbbüsü, Allaha təvəkkül və inqilabın bizə bəxş etdiyi islam bünövrəsində hərəkətlə İranın iqtidari və inkişafının şahidi olacağıq. Yəqin ki, bundan sonra hər bir maneə ilə asanlıqla qarşılaşa, onu kənarlaşdıra bilərik. Arxayın olun ki, gələcək bizim üçün aydın və parlaqdır. Çünki İranın iqtidarı, mövqeyi və potensialının çox yüksək səviyyədə olduğunu, nəticədə onu asanlıqla həllolunmaz təzyiqlərlə və problemlərlə üzləşdirməyin mümkün olmadığını bilirik. 

Teqlər