İran və Qazaxıstanın ticarət dövriyyəsi ikiqat arta bilər
https://azeri.sahartv.ir/news/İran-i308238-İran_və_qazaxıstanın_ticarət_dövriyyəsi_ikiqat_arta_bilər
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari deyib: İran və Qazaxıstanın ticarət dövriyyəsi ikiqat artmaq imkanına malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2018 15:06 Asia/Baku
  • İran və Qazaxıstanın ticarət dövriyyəsi ikiqat arta bilər
    İran və Qazaxıstanın ticarət dövriyyəsi ikiqat arta bilər

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari deyib: İran və Qazaxıstanın ticarət dövriyyəsi ikiqat artmaq imkanına malikdir.

İRNA-nın məlumatına görə, Astana Beynəlxalq İqtisad Forumunda iştirak etmək üçün bu şəhərdə səfərdə olan Məhəmməd Şəriətmədari iki ölkənin münasibətlərini dərin adlandırıb və əlavə edib: İran və Qazaxıstanın bank və konsulluq razılaşmaları tam şəkildə icra olunarsa, iki ölkə bankları arasında iş əməliyyatları avro ilə tətbiq olunarsa, ticarət münasibətləri ikiqat arta bilər.

Şəriətmədari bu iclasın kənarında İranın dünya ilə iqtisdi fəaliyyətlərinin həcmini 200 milyard dollara yaxın elan edib və deyib: İran və Qazaxıstanın birgə əməkdaşlığı üçün əla iqtisadi potensiallar mövcuddur.