May 20, 2018 12:28 Asia/Baku
  • Vilayəti: Avropadan ciddi təzminat alınmalıdır
    Vilayəti: Avropadan ciddi təzminat alınmalıdır

İran İslam İnqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran İslam Respublikasının qəti mövqeyi bundan ibarətdir ki, avropalı tərəflərlə müzakirədə Əhatəli Müştərək Təşəbbüs Proqramına xələl gəməsin deyə ciddi təzminat alınmalıdır.

Əli Əkbər Vilayəti bu gün Tehranda bir mətbuat konfransında ABŞ-ın ƏMTP-dən çıxmasından sonra avropalı rəmilərdən təzminatların alınmaası barədə deyib: Təəssüflər olsun ki, bəzi Avropa ölkələri ƏMTP barədə təzadlı mövqelər səsləndirirlər və bu şübhə yaradır məhb buna görə də, İranın müzakirə heyəti bütün lazımı təzminatları almalıdırlar. 

İslam inqilabının böyük rəhbərinin müşaviri həmçinin İraqdakı son parlament seçkiləri barədə deyib: İraqın seçkiləri təhlükəsizlik və sakitlik şəraitində keçirildi və İraq dövləti və xalqı əcnəbilərə müdaxilə icazəsi vermədi. 

Vilayəti deyib: İraqda sağlam seçkilərin keçirilməsi və İraq xalqının taleyi  İran üçün önəmlidir və İran İraq xalqı üçün xoşbəxtlik və təhlükəsizlik arzulayır. 

Teqlər