May 23, 2018 14:54 Asia/Baku
  • Həzrət Ayətullauluzma Xameneini
    Həzrət Ayətullauluzma Xameneini

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Urmiyyənin sabiq imamcüməsi, fədakar və mücahid din xadimi höccətulislam Hacı Şeyx Qulamrza Həsəninin vəfat etməsi münasibətilə başsağlığı veriblər.

Həzrət Ayətullauluzma Xameneinin müraciətinin mətni belədir: Bismillahir-rəhmanir-rəhim. Şücaətli, fədakar və mücahid ruhani höccətulislam cənab Hacı Şeyx Qulamrza Həsəni rəhmətullah ələyhin vəfat etməsi münasibətilə o mərhumun ailəsinə və onu istəyənlərə, möhtərəm ruhaniyyətə, həmçinin Urmiyyənin və Qərbi Azərbaycanın inqilabçı əhalisinə başsağlığı verirəm. O mərhumun istər döyüş səngərlərində, istər uca imamcüməlik mövqeyində, istərsə də müqəddəs müdafiə dövründə və ya daxili muzdur əks-inqilabçılar qarşısındakı illər boyu ardıcıl və hərtərəfli mübarizələri bir inqilabçı və mübariz ruhaninin həyat dəftərindən təkrarolunmaz və ölməz vərəqlərdir. Allah-Taaladan o mərhum üçün rəhmət, bağışlanma və yüksək dərəcələr diləyirəm.

Seyyid Əli Xamenei

2 xordad 1397-ci il

 

Teqlər