May 27, 2018 13:58 Asia/Baku
  • Cahangiri Gürcüstanı

İran İslam Respublikası prezidentinin birinci müavini Gürcüstanın baş naziri Georgi Kvrikaşviliyə ünvanladığı məktubda "Milli Gün" münasibəti ilə Gürcüstan xalqı və hökumətini təbrik edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri bazar günü təbrik müraciətində deyib: Tehran və Tiflis əlaqələri iki ölkənin yüksək səviyyəli rəsmilərinin siyasi iradəsi sayəsində bütün sahələrdə inkişaf edəcək.

26 may 1918-ci ildə Gürcüstanın Milli Şurası bu ölkənin müstəqilliyini elan edərək, Demokratik Gürcüstan Respublikasının təsis edilməsindən xəbər vermişdi. Gürcüstan xalqı bu günü "Milli Gün" olaraq bayram edir.

Teqlər