May 29, 2018 21:33 Asia/Baku
  • Xarici sərmayə sahibləri Ənzəli azad ticarət zonasına axın edirlər
    Xarici sərmayə sahibləri Ənzəli azad ticarət zonasına axın edirlər

Müqavimət İqtisadiyyatı Çərçivəsində ölkəyə xarici sərmayələrin cəzb olunması yeni iş yerlərinin açılması və ölkəyə yeni texnologiyanın gətirilməsində önəmli rol oynayır. Azad Ticarət Zonaları isə xarici sərmayələrin cəzb edilməsi üçün ən əlverişli seçim hesab olunur. Belə zonalardan biri isə İranın şimalında, Xəzər dənizinin sahilində yerləşən Ənzəli Azad Ticarət Məntəqəsidir.

Türkiyəli iş adamı deyir:  “15 milyon dollar sərmayə qoymaq istəyirik. Ümidvaram bizim üçün uğurlu bir iş olacaq.”

Çinli iş adamı isə 5 milyon dollar sərmayə qoyduğunu söyləyir: “5 milyon dollar investisiya qoymuşuq. Azad ticarət zonası olduğuna görə sərmayə qoyuluşu üçün buranı seçmişik.”

Ənzəli Azad Ticarət Zonasında sərmayə qoymaq istəyən xarici investorların sayı hər gün daha da artır.

Alman iş adamı sərmayə qoyuluşu üçün bu məntəqəni seçməsinin səbəbləri haqda deyir: “Burda İranın Xəzər dənizindəki ən iri limanı tikilməkdədir. Biz də bu limana sərmayə qoymaq qərarına gəlmişik.”

Bir başqa xarici iş adamı isə turizm sektoruna sərmayə qoymaq niyyətində olduğunu deyir: “Beş ildir ki, İranda fəaliyyət göstərirəm. Üzərində işlədiyimiz layihə Ənzəli Azad Ticarət Zonasənda smeta dəyəri 25 milyon dollar olan 5 ulduzlu bir oteldir.”

İranın ən iri akvaryumu da elə burda, Ənzəli Azad Ticarət Zonasında yerləşir: “Bu akvaryum İranda ən iri akvayrumdur və smeta dəyəri 30 milyon avrodur.”

Paytaxta və Xəzər dənizinin sahilində yerləşən ölkələrə yaxın olması habelə, şimal-cənub nəqliyyat dəhlizinin üzərində yerləşməsi İranın şimalında yeganə azat ticarət zonası olan Ənzəlinin əsas xüsusiyyətləridir.

Çinli iş adamı sərmayə qoyuluşu üçün Ənzəli Azad Ticarət Zonasını seçməsinin səbəblərini belə izah edir: “Coğrafi mövqeyi, münasib qanunları və vergilərdən azad olması xarici iş adamları üçün çox əlverişlidir.”

Bir başqa çinli iş adamı isə deyri: “Bizim əsas bazarımız Tehrandır. Amma, buranın havası işçilərimiz üçün daha münasibdir. Həmçinin, azad ticarət zonası qanunları da bizim üçün çox uyğundur.”

“Xarici investorların bura axın etməsi ölkəmizə yeni sərmayələrin və texnologiyaların cəzb edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaranmasına da kömək edir.”

Xarici sərmayələrin cəzb olunması üçün münasib şəraitin yaradılması müqavimət iqtisadiyyatının əsas göstəricilərindəndir.

“Hal hazırda Ənzəli Azad Ticarət Zonasında 242 xarici şirkət qeydiyyatdan keçib və biz indiyə kimi 146 milyon dollar xarici sərmayə cəzb edə bilmişik. Həmçinin, elə xarici sərmayə sahibləri tərəfindən məntəqədə 1500-ə yaxın iş yeri yaradılıb.”

Ənzəli Azad Ticarət Zonasında fəaliyyət göstərən işçilərdən biri deyir: “4 ildir ki, burada işləyirəm.”

Bir başqası isə deyir: “Sərmayə sahiblərini himayə, ölkənin gənc işçi qüvvəsini himayə deməkdir.”

 

 

Teqlər