May 30, 2018 15:20 Asia/Baku
  • Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi: ABŞ-ın siyasətlərini himayə etmirik
    Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi: ABŞ-ın siyasətlərini himayə etmirik

ABŞ-ın nüvə anlaşmasından çıxması dünya iqtisadiyyatına mənfi təsir buraxır və biz heç bir vəchlə ABŞ-ın bu siyasətini dəstəkləmirik.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Senturin Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin kənarında İRİB-yə verdiyi müsahibədə deyib: Qənaətimə görə ABŞ-ın bu siyasəti enerji sektorunda çox çətinliklə əldə olunan və bu gün artıq öz bəhrəsini verməkdə olan  anlaşmanı pozur və ABŞ-ın siyasətləri bu anlaşmanı və əlaqələri təhdid edir.

Yuri Senturin həmçinin, bəzi iri şirkətləri o cümlədən Total şirkətinin ABŞ-ın siyasətlərinin ardınca İranın enerji sektorundan çəkilmək istəməsinə işarə edərək, deyib: Biz bu siyasəti dəstəkləmirik və baş verənləri nigaranlıqla izləyirik.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi İran İslam Respublikasını bu forumun ən əsas və təyinedici üzvlərindən habelə, Qaz İxrac Edən Ölkələr Forumunun təsisçilərindən adlandırıb və deyib: Biz ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra, ABŞ-ın İran əleyhinə siyasətlərini düzgün hesab etməyən qrupun kənarındayıq.

Teqlər