General Şərif: Qüds günü sionist rejimin əsas strategiyasını şübhə altına aldı
İranda İntifazə və Qüds Qərargahının rəisi deyib: Mübarək Ramazan ayının sonuncu cüməsinin İran İslam Respublikasının banisi, İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds günü adlandırılması sionist rejimin əsas strategiyasını şübhə altına aldı.
General Ramazan Şərif Tehranın cümə namazı xütbələrindən öncəki çıxışında bildirib ki, bu il Ümumdünya Qüds günü ötən illərdəkindən fərqlənəcəkdir.
O, əlavə edib: Hər il Mübarək Ramazan ayının sonuncu günlərində Fələstin xalqına edilmiş zülm yenidən nəzərdən keçirilir və bu, sionist rejimə qarşı ən böyük zərbədir.
İranda İntifazə və Qüds Qərargahının rəisi deyib: Bu il Ümumdünya Qüds günü elə bir şəraitdə keçiriləcək ki, daha sionist rejimin təhlükəsiz haşiyəsi kimi, İŞİD terror qrupu mövcud deyildir. O, əlavə edib: Bu uğurlar müqavimət qüvvələrinə və müqavimət cəbhəsinin regionda günbəgün artan qüdrətinə borcludurlar.