İran rəsmisi Avropa Birliyinə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/İran-i311252-İran_rəsmisi_avropa_birliyinə_xəbərdarlıq_edib
İran İslam Respublikasının Avropa Birliyindəki səfiri Avropa ölkələrinə İranın təmkinli rəftarını yanlış anlamamağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 07:01 Asia/Baku
  • İran rəsmisi Avropa Birliyinə xəbərdarlıq edib
    İran rəsmisi Avropa Birliyinə xəbərdarlıq edib

İran İslam Respublikasının Avropa Birliyindəki səfiri Avropa ölkələrinə İranın təmkinli rəftarını yanlış anlamamağa çağırıb.

İranın AB-dəki səfiri Euronews-a verdiyi yazılı müsahibədə Avropa ölkələrinə Əhatəli Müştərək Təşəbbüs Proqramının məhv olmasının geniş və təhlükəli nəticələrə gətirib çıxaracağına, Yaxın Şərqdə nəzarətdən çıxan münaqişəyə səbəb olacağına dair xəbərdarlıq edərək yazıb: İranın təmkinlik göstərməsini səhv başa düşməyiniz. 

Euronews-un internet portalının verdiyi məlumata görə, İranın Brüsseldəki səfiri Peyman Səadət Avropa ölkələrinə üzünü tutaraq bildirib ki, Avropa Amerika qarşısında durmalıdır və ABŞ prezidenti Donald Trampın ƏMTP-ni məhv etməyə dair hərəkətlərinin qarşısını almalıdır. 

Peyman Səadət bildirib: Bu razılaşmanın qorunub-saxlanılmasının yeganə yolu, qalan bütün tərəflər arasında sıx və münasib təşəbbüslərin həyata keçirilməsindən ibarətdir. 

İranın Brüsseldəki səfiri deyib: Bu razılaşma Amerika olmadan da davam edə bilər, amma bunun üçün iqtisadi nailiyyətlərin reallaşması istiqamətdə İrana lazımi təzminatlar verilməlidir.