İyun 08, 2018 15:04 Asia/Baku
  • Tehranın İmamcüməsi: İran öz raket gücünün üzərində dayanıb
    Tehranın İmamcüməsi: İran öz raket gücünün üzərində dayanıb

Tehranın bu həftəki cümə namazının xətibi deyib: İran İslam Respublikası öz raket gücünün üzərində dayanıb, istədiyi qədər raket istehsal edir və onun mənzilini artırır.

Ümumdünya Qüds Günündə keçirilən Tehranın bu həftəki cümə namazı xütbələrində Aytəullah Əhməd Xatəmi sionist rejimin məhvini ümid edərək deyib: ABŞ və sionist rejim islam və Allahın müştərək düşmənləridir və düşmələrin planı Fələstin məsələsinin unudulması və yaxud onun ərəb məsələsi hesab olunmasıdır. Lakin hazırda sionist rejim elə bir zəlilliyə düçar olub ki, bu rejimin baş naziri Avropada çərçilik edir.

Tehranın cümə namazı xətibi deyib: Ümumdünya Qüds Günü yürüşü təkcə sionist rejim deyil, ABŞ, regionun mürtəce təslimçiləri və ABŞ, sionist rejim və Ərəbistanın müsəlmanlara qarşı nəhs üçlüyünü təşkil edənlər əleyhinədir.

Ayətullah Əhməd Xatəmi xatırladıb: Regionun mürtəce təslimçiləri hazırda qəsbkar sionist rejimi rəsmən tanımaq üçün yarışırlar. Lakin bu yarışın onların uçuruma yuvarlanması üçün başlanğıc olduğunu bilməlidirlər.

Tehranın müvəqqəti imam cüməsi Vilayət Fəqih prinsipi, sionist rejimə nifrət, raket qüdrətini İranda birliyin üç mehvəri adlandırıb və deyib: Raket qüdrəti, regional nüfuz və nüvə fəaliyyəti İranın üç qüdrət ünsürüdür ki, hərbi məqsədi yoxdur. Çünki islam təlimləri hərbi məqsədli nüfə fəaliyyətinə qarşıdır.

Teqlər