İranın şimal-qərbində iki digər terror dəstəsi məhv edilib
https://azeri.sahartv.ir/news/İran-i312004-İranın_şimal_qərbində_iki_digər_terror_dəstəsi_məhv_edilib
Sepah-ın quru qoşunlarının komandanı İranın şimal-qərbində yerləşən Sərvabad və Oşnəviyyeh məntəqələrində iki digər terror dəstəsinin aşkar və məhv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2018 12:17 Asia/Baku
  • İranın şimal-qərbində iki digər terror dəstəsi məhv edilib
    İranın şimal-qərbində iki digər terror dəstəsi məhv edilib

Sepah-ın quru qoşunlarının komandanı İranın şimal-qərbində yerləşən Sərvabad və Oşnəviyyeh məntəqələrində iki digər terror dəstəsinin aşkar və məhv edilməsindən xəbər verib.

General-mayor pasdar Mohəmməd Pakpur cümə günü axşam Oşnəviyyeh məntəqəsində əlavə edib: İki digər terror dəstəsi də İran İslam Respublikasının ərazisinə girmək üçün uğursuz cəhd göstərib. Həmzeye Seyyiduşşuhəda(ə) qərargahı qüvvələri tərəfindən kəşfiyyat izləməsi və terrorçuların keçdikləri məkanın dəqiq aşkar edilməsi ilə bu terror dəstələri məhv edilib və onlardan altı nəfər öldürülüb, üç nəfər də yaralanıbdır.

Sepah-ın quru qoşunlarının komandanı bildirib ki, terrorçulardan iri miqdarda silah, sursat və təchizat aşkar və müsadirə edilib. O, vurğulayıb: Sepah-ın quru qoşunları tam hazırlıqla və dünya imperializmi muzdurlarının hərəkətlərini hərtərəfli şəkildə izləyərək, onların İslami İranın təhlükəsziliyini xətərə salmaq üzrə hər cür hərəkətinə qətiyyətli və dağıdıcı cavab verəcəklər.