Zərif: Kanada İran qarşısında yanlış təsəvvürlərə malikdir
İranın xarici işlər naziri Kanada parlamentinin qəbul etdiyi layihəyə reaksiyada deyib: Təəssüflə, Kanadada İran İslam Respublikası qarşısında yanlış təsəvvürlər mövcud olub və hələ də mövcuddur.
Kanada parlamenti çərşənbə axşamı günü bir layihə qəbul edərək, bu ölkə hökumətinə İran ilə siyasi əlaqələrin qurulması üzrə hər cür müzakirənin davam etdirilməsini qadağan edibdir.
Məhəmməd Cavad Zərif dünən gecə Cənubi Afrikanın paytaxtı Pretoriyanın hava limanında müxbirlər qarşısına deyib: Qərb ölkələrinin regiondakı müttəfiqləri səhvlər buraxıb və cinayətlər törədiblər, amma bu cinayətlərə göz yumaraq, susurlar və İran İslam Respublikasını əsassız olaraq, onların öz müttəfiqlərinin törətdikləri cinayətlərdə ittiham edirlər.
İranın xarici işlər naziri İran İslam Respublikasının daim terrorizmlə mübarizənin ön xəttində olduğunu bildirərək, deyib: Əgər İran İslam Respublikası dövlətinin səyləri və dəstəkləri olmasaydı, Qərbi Asiya bölgəsində digər bir şərait hökm sürərdi.
İranın xarici işlər naziri ümid etdiyini bildiribdir ki, Qərb ölkələri çox az şəkildə qalmaqalyaratmaların təsiri altına düşərək, bu qalmaqallara daxil olmayacaqlar.