İyul 01, 2018 14:43 Asia/Baku
  • Cahangiri: Düşmənlər İran iqtisadiyyatına zərbə vurmaqda nakam qalacaqlar
    Cahangiri: Düşmənlər İran iqtisadiyyatına zərbə vurmaqda nakam qalacaqlar

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Amerika, sionist rejim və səudiyyəlilər İran iqtisadiyyatının inkişaf tempini dayanarımaq istəyirlər ancaq nakam qalacaqlar.

İRİB-in verdiyi məlumata görə, İshaq Cahangiri bu gün Tehranda sənaye və mədən günü münasibəti ilə keçirilən mərasimdə iranlı iqtisadi fəallara qarşı bəzi region ölkələri tərəfinədn tətbiq edilmiş məhdudiyyətlərə toxunaraq deyib: Bu ölkələr İranın valyuta təmini qarşısında problemlər yaradıblar ancaq sonda üzü qara olacaqlar. 

İİR prezidentinin birinci müavini Amerikanın İrana qarşı məkrli planlarına toxunaraq deyib: İran neftinin satışının dayandırılması və iranlı ixracatçılar qarşısında problemlər yaratmaq Amerikanın İran iqtisadiyyatına zərbə endirmək planları sırasında durur amma İran bu planlarla qarşılaşmaq üçün lazımı tədbirlər görüb. 

İranın vitse prezidenti deyib: İran elə edəcək ki, amerikalılar İran neftinin satışının azaldılması üçün cəhdlərindən peşman olacaqlar.  

Teqlər