İyul 08, 2018 17:12 Asia/Baku
  • İranda İŞİD qrupunun ünsürləri yaxalanıb

Tehran prokuroru İranda İŞİD terror qruplaşmasının 32 üzvünün saxlanıldığını bildirib.

İRİB-in məlumatına görə, Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi deyib: Hərbi təlimlər keçən və akt törətmək üçün Suriyaya gedən İŞİD-in 16 kişi və 16 qadın üzvü İŞİD-in Suriya məğlubiyyətindən sonra İranı öz terror aktları üçün məkan seçməyə cəhd edib. Amma təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb, onlara cinayət işi açılıb və işləri məhkəməyə göndərilib.

Cəfəri Dövlətabadi həmçinin İŞİD terror qruplaşmasının İranda öz 8 üzvünün edam olunmasına reaksiyasına toxunaraq deyib: Bu təhdidlər İranın İŞİD-ə qalib gəldiyini və İŞİD və tərəfdarlarının öz alçaq hərəkətlərini davam etdirməyə icazə verməyəcəyini göstərir.

Tehran prokuroru deyib: İŞİD terror qruplaşması müttəhimlərinin əsas hamisi ABŞ hökumətidir. Bu hökumət qruplaşmanı regionu destabilləşdirmək məqsədilə yaradıb və onu dəstəkləyir.

İRİB şənbə günü Tehranda İran İslam Şurası Məclisi və İmam Xomeyninin (rə) məqbərəsinə hücumla əlaqədar İŞİD terror qruplaşmasının 8 üzvünə edam qərarının verilməsindən xəbər verdi.

İŞİD terror qruplaşması ünsürlərinin 7 iyun 2017-ci ildə Tehranda İran İslam Şurası Məclisi və İmam Xomeyninin (rə) məqbərəsinə hücumunda 17 nəfər şəhid oldu, bir qrup da yaralandı.

Teqlər