Ruhani: Əksər dünya ölkələri bildirdilər ki, Amerikanın daxili qanunlarına tabe olmurlar
İran İslam Respublikasının prezidenti bildirib ki, İran dövləti müxtəlif Avropa ölkələri, Çin və Rusiya, həmçinin qonşu ölkələr və mühüm Asiya ölkələri ilə yaxşı danışıqlar aparıb və onların əksər hissəsi bildirdi ki, Amerikanın daxili qanunlarına tabe olmur.
İranın icra, qanunvericilik və məhkəmə hakimiyyətləri sədrlərinin iclası Amerikanın qanunsuz sanksiyaları və iqtisadi problemlər daxil olmaqla İranın ən mühüm cari məsələlərinin araşdırılması mehvəri ilə keçirilib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu iclasın sonunda müxbirlər qarşısında İranın digər ölkələrlə iqtisadi anlaşma prosesinin keçmişdəki kimi davam edəcəyini bildirərək, deyib: Amerikanın İran, region, İslam dünyası və hətta öz müttəfiqləri ilə bağlı yolu və siyasəti davam edə bilməz.
ABŞ prezidenti Donald Trampın İngiltərəyə səfəri ilə bir zamanda Londonda xalq etirazlarının keçirilməsinə toxunan Ruhani vurğulayıb: Amerika hökmranlarının nəinki İran xalqı, həm də digər xalqlar və hətta müttəfiqləri qarşısındakı siyasəti avantüristcəsinə və qanunsuzdur.
İran prezideni ABŞ-ın sanksiyalarının İran xalqına təzyiq göstərmək məqsədilə hazırlandığını bildirib. O, deyib: Amerika dövləti müsəlmanlar və inkişafda olan ölkələr arasında daha artıq mənfur olub və hətta Amerikanın daxilndə belə, problemlərlə üzləşir.
ABŞ dövlətinin dünyanın ümumi fikri və İran xalqının yanında daha da təcrid olunduğunu qeyd edən İran prezidenti vurğulayıb: Müqavimət və proqramlaşdırma yolu, həmçinin İran xalqı ilə koordinasiya və dost dövlətlərlə anlaşma düşmənlərin fitnələrini zərərsizləşdirəcək.