İyul 16, 2018 11:25 Asia/Baku
  • Caberi Ənsari Vəlid Əlmuəllim ilə görüşüb
    Caberi Ənsari Vəlid Əlmuəllim ilə görüşüb

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi Hoseyn Caberi Ənsari dünən gecə Dəməşqdə Suriyanın xarici işlər naziri Vəlid Əlmuəllim ilə görüşüb.

Caberi Ənsari və Vəlid Əlmuəllim bu görüşdə Suriya ordusunun terror qrupları və onların himayədarları üzərindəki qələbələri, eləcə də siyasi və döyüş olaylarını araşdırıblar.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi və Suriyanın xarici işlər naziri həmçinin gələcək Soçi və Astana iclasları barədə danışaraq, Suriyanın və regionun sabitliyini pozan fitnələrlə mübarizə üçün iki ölkənin koordinasiyası və məşvərətlərinin artırılmasını vurğulayıblar.

Caberi Ənsari dünən axşam da Suriya prezidenti Bəşşar Əsədlə görüşmüşdü.

Teqlər