Ruhani: Cənab Tramp! Aslanın quyruğu ilə oynama! İranın cavabı peşman edir
İran İslam Respublikası prezidenti İranın təcavüzkar olmadığını və önləyicilik ardınca olduğunu bildirərək deyib: İslam Respublikasının heç kimlə dava və savaşı yoxdur. Lakin düşmənlər yaxşı bilməlidirlər ki, İranla savaş savaşların anası, İranla sül sülhlərin anasıdır.
Həsən Ruhani bazar günü İran İslam Respublikasının xaricdəki nümayəndəliklərinin rəhbərlərinin toplantısında amerikalılara xitabən və "İranı neft ixrac etməyə qoymayacağıq" deyənlərə cavab olaraq bildirib: ABŞ prezidenti bilsin ki, İran tarix boyu regionda təhlükəsizliyin şah damarına zamin olmuşdur. Cənab Tramp! Aslanın quyruğu ilə oynama! Çünki İranın cavabı peşmanedici olacaq.
İran İslam Respublikası prezidenti Ağ Ev rəhbərlərinin rasist siyasətlərinə toxunub və deyib: Hazırda ABŞ-a rəhbərlik edən heyət müsəlmanların izzət və hörmətini açıq-aşkar görməməzliyə vurur, müsəlmanların ürəklərində Qüds-Şərifin mövqeyi ilə savaşır, qəsbkar rejimə "xoş gəlsin" deyə 1,5 milyard müsəlmanla müharibə elan edir.
Sionist rejimin təcavüz, işğal, xəyanət, insanları didərgin salmaq, uşaq, qadın və yaşlıları qətlə yetirməyə əsasən yarandığını bəyan edən Ruhani xatırladıb: Bu günədək heç vaxt sionistlər və ABŞ hökuməti bu qədər açıq şəkildə etiraf etməmişdilər ki, ümumiyyətlə Fələstin adlı dövləti tanımırlar və ya Qüds-Şərifi müsəlmanlara aid hesab etmirlər.
Ruhani ötən 40 il ərzində ABŞ-ın İran əleyhinə məkrli planlarının ardıcıl şəkildə fiaskoya uğrmasına toxunaraq əlavə edib: İranın region və dünyadakı nüfuzu bu illərlə məhdudlaşmır. Hazırda İranın strateji dərinliyi şərqdən Hind yarımadası, qərbdən Aralıq dənizi, cənubdan Hind okeanı və qırmızı dəniz, şimaldan Orta Asiya və Qafqaza qədərdir.
İran prezidenti həmçinin deyib: İran Suriya, İraq və Livanda öz işi ilə fəxr edir, sona qədər fəxr edəcək, heç vaxt terrorizmlə mübarizə üçün düşmənlərdən icazə almayacaq.
Həsən Ruhani sonda İranın dünya ölkələri ilə yüksək səviyyədə münasibətlər qurmaqda maraqlı olduğunu deyib: İran bütün qonşu lkələrlə münasibətlərini inkişaf etdirmək ardıncadır, yeni şəraitdə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin islah olunmasının ardıncayıq.