İyul 24, 2018 19:11 Asia/Baku
  • Amerikanın sanksiylarında məqsəd, İran xalqına təzyiq göstərməkdir
    Amerikanın sanksiylarında məqsəd, İran xalqına təzyiq göstərməkdir

İranın birinci vitse-prezidenti ABŞ-ın İranın nefti ixracatının dayandırılmasına dair iddiasına toxunaraq, onu puç adlandırıb. Bildirib ki, Amerikanın sanksiya proqramlarının əsas hədəfi, İran xalqına təzyiq göstərməkdir və onlar hətta İran xalqının əsas ehtiyaclarından olan dərman idxalatı üçün də sərt tədbirlər görürlər.

Eshaq Cəhangiri bu gün İran İslam Respublikasının öldə xaricindəki nümayəndəlikləri başçılarının toplantısında İranın regiondakı özəl və strateji coğrafi mövqeyinə işarə edərək, deyib ki, İran öz qonşu ölkələri ilə səmimi əlaqələrə malikdir.

Cəhangiri söyləyib: Beynəlxalq iqtisadi müəssisələrin məlumatlarına görə, İran dünya iqtisadiyyatının on səkkizinci pilləsində durur və İranın ticarət mübadilələri həcmi də təqribən iki yüz milyard dollardır.

Teqlər