İran və Oman ordularının səhiyyə və müalicə üzrə birgə iclası keçirilib
İyul 28, 2018 17:49 Asia/Baku
Bu gün Tehranda İran İslam Respublikası ordusunun səhiyyə, müalicə, yardım və tibbi təhsil komandanlığı və Oman ordusunun tibb heyətinin müştərək iclası keçirilib.
İran İslam Respublikası ordusunun səhiyyə, müalicə, yardım və tibbi təhsil komandanı kontr-admiral Mostəfa Məddah bu iclasda bildirib ki, qonşu ölkələrin ordularının tibb heyətlərinin təcrübələrin əldə edilməsi və mübadiləsi, həmçinin həmkarlığın yaradılması üzrə gediş-gəlişləri olduqca təsirlidir. O, deyib: İran bütün sahələrdəki təcrübələrini Omanın ixtiyarına qoymağa hazırdır.
Kontr-admiral Məddah əlavə edib: İran İslam Respublikası səhiyyə və müalicə sahəsində xidmətlərin təqdimində ən yüksək dərəcəyə və beynəlxalq yerə malikdir.