İyul 31, 2018 15:43 Asia/Baku
  • Ruhani: Avropa Birliyinin addımları əhəmiyyətlidir
    Ruhani: Avropa Birliyinin addımları əhəmiyyətlidir

İran İslam Respublikası prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planının çox önəmli zaman kəsiyində olduğunu bildirərək deyib: ABŞ-ın qeyri-qanuni şəkildə sazişdən çıxmasının əvəzini çıxmaq üçün Avropanın şəffaf addımları çox əhəmiyyətlidir.

Həsən Ruhani çərşənbə axşamı günü İngiltərənin Tehrandakı yeni səfiri Robert Makayrın etimadnaməsini qəbul edib. Sazişi imzalayan bəzi tərəflərin ticarət və iqtisadiyyat sektorları və bank münasibətlərində nüvə sazişinin tam şəkildə icra olunmamasını tənqid edən prezident Həsən Ruhani bildirib: İran həmişə Avropa ölkələri ilə əla və yaxşı münasibətləri yüksəltmək üçün hazırdır.

Ruhani bildirib: İran İslam Respublikası heç vaxt regionda gərginliyin ardınca olmayıb və əsas qlobal yollarda problemin yaranmasını istəmir. Lakin heç vaxt neft ixracında öz haqqından keçməyəcək.

İran İslam Respublikası prezidenti həmçinin ikitərəfli və beynəlxalq məsələlərdə İran və İngiltərə rəsmilərinin görüş və müzakirələrini konstruktiv adlandırıb və deyib: Son illərdə İran və İngiltərənin iki ölkə arasında münasibətləri yüksəltmək üçün iradəsi vardır.

Robert Makayr da bu görüşdə öz etimadnaməsini İran İslam Respublikası prezidentinə təqdim edərək İngiltərə hökumətinin nüvə sazişinin icrası və davam etməsini dəstəklədiyini bildirib və deyib: Avropa ölkələri arasında nüvə sazişinin qorunması, xüsusilə də iqtisadiyyat sahəsində dəstəklərin edilməsi üçün analoqu olmayan irimiqyaslı səylər həyata keçirilməkdədir.

Makayr Londonun Tehranla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirərək deyib: Problem və böhranların həlli sadəcə dialoq və diplomatiya yolu ilə mümkündür.

Teqlər