"Setare Xəlice Fars" neftayırma zavodunda benzin istehsalı
https://azeri.sahartv.ir/news/İran-i319333-setare_xəlice_fars_neftayırma_zavodunda_benzin_istehsalı
"Setare Xəlice Fars" neftayırma zavodunun üçüncü blokunun birinci mərhələsinin istifadəyə verilməsi ilə "Euro5" standartına uyğun gündəlik benzin istehsalı 27.5 milyon litrə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 17:01 Asia/Baku
  • "Setare Xəlice Fars" neftayırma zavodunda benzin istehsalı

"Setare Xəlice Fars" neftayırma zavodunun üçüncü blokunun birinci mərhələsinin istifadəyə verilməsi ilə "Euro5" standartına uyğun gündəlik benzin istehsalı 27.5 milyon litrə çatıb.

İRİB-nin verdiyi məlumata görə, İranın neft nazirinin müavini Əlirza Sadiqabadi bu gün səhər "Setare Xəlice Fars" neftayırma zavoduna baxış keçirərəkən deyib: Zavodun 3-cü blokunun kondensasiya bölməsinin istifadəyə verilməsi ilə zavodun istehsal həcminə 120 min barel neft əlavə olunub və zavodun gündəlik ümumi istehsal həcmi 360 min barelə çatıb.

Sadiqabadi əlavə edib: Üçüncü blokun təkmilləşdirilməsi ilə cari ilin sonuna kimi gündəlik benzin istehsalının həcmi 40 milyon litrə çatacaq.