Zərif: İran Pakistanla ən yaxşı əlaqələr tərəfdarıdır
-
Zərif: İran Pakistanla ən yaxşı əlaqələr tərəfdarıdır
İran İslam Respublikasının xarici işlər naziri Pakistan milli məclisinin sədri ilə görüşdə deyib ki, İran Pakistanla ən yaxşı və ən möhkəm əlaqələr tərəfdarıdır.
Məhəmməd Cavad Zərif dünən axşamçağı Əsəd Qeysərlə görüşdə Pakistanın terrorizmlə mübarizədəki hərəkətlərini alqışlayaraq, deyib ki, İran Pakistanı regionda sülhün davamlılığı üzrə bir şərik bilir.
Zərif ümidvarlıq edibdir ki, İmran xanın baş naziri olduğu Pakistanın yeni dövlətində iki ölkənin dostcasına və səmimi münasibətləri daha da genişlənəcək.
Pakistan milli məclisinin sədri Əsəd Qeysər də deyib: Pakistan İslam ümmətinin birliyinin gücləndirilməsinə çox inanır və bu xüsusda İran İslam Respublikasının yerini önəmli bilir.
Son parlament seçkilərindən sonra Pakistan milli məclisinin yeni sədrinin ilk xarici görüşü sayılan bu görüşdə iki tərəf ikitərəfli, regional və beynəlxalq həmkarlıqların xüsusən iqtisadi sahələrdə, eləcə də parlament əməkdaşlıqlarının genişləndirilməsi, o cümlədən İran-Pakistan parlament dostluğu qrupnunun yaradılması və ekstremizm və terrorizm kimi müştərək problemlərlə mübarizəni vurğulayıbdır.
Məhəmməd Cavad Zərif dünən axşam Pakistanın yeni dövlətinin rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq, eləcə də iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi məqsədilə bir nümayəndə heyəti ilə İslamabada daxil olubdur.