Sen 01, 2018 08:02 Asia/Baku
  • Bəhram QasemiBəhram Qasemi
    Bəhram QasemiBəhram Qasemi

İran xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Tehran İraqda baş verən hadisələr barədə yaxın günlərdə öz mövqeyini elan edəcək.

Bəhram Qasemi dünən Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə İraqın baş naziri Heydər Əlibadinin bu ölkənin xalq səfərbər təşkilatının sədri Falih Əlfəyyazın kənarlaşdırılması üzrə göstərişi barədə belə deyib: İran iraqlı məsul şəxslərin bütün çıxışları və mövqelərini nəzarətdə saxlayır. Bəzi yanlış rəftarlar mövcuddur və Tehran diqqətlə İraqda baş verənləri izləyəcəkdir.

Tehranın yaxın günlərdə münasib tədbirlər görəcəyini qeyd edən İran xarici işlər nazirliyinin sözçüsü ümidvar olduğunu bildiribdir ki, İraq dövləti bu ölkə xalqının xeyrinə və onun iradəsinə əsasən mövqe tutaraq, terrorizmlə mübarizəni davam etdirəcək və əcnəbilərin müdaxiləsinə yol verməyəcək.

Teqlər