Sen 03, 2018 16:41 Asia/Baku
  • Qasemi: İran Suriya dövlətinin himayədarı olaraq bu ölkədədir
    Qasemi: İran Suriya dövlətinin himayədarı olaraq bu ölkədədir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib: İran İslam Respublikası Suriya dövlətinin himayədarı olaraq bu ölkədədir və Suriya dövlətinin istədiyi zamana kimi məsləhətçi qismində öz dəstəyini davam etdirəcək.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasemi bazar ertəsi günü həftəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən Suriyanın şimalında, İdlib vilayətində cərəyan edən hadisələr və Tehranın bu hadisələr qarşısındakı siyasətləri barədə verdiyi açıqlamada İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə olan səfərinə həmçinin, bu günkü Dəməş səfərinə işarə edərək, deyib: Terrorçuların sonuncu sığınacağı olan İdlib ətrafında yaranmış vəziyyət mürəkkəb bir vəziyyətdir. Buna baxmayaraq, Suriya hökuməti bu məsələni birdəfəlik olaraq həll etmək niyyətindədir.

Bəhram Qasemi daha sonra deyib: Suriya ordusunun İdlibdəki terrorçuların mövqelərinə qarşı hücumları terrorçuların himayədarlarını narahat etməyə başlayıb. Onlar səs-küy qaldırmaq və mənfi təbliğat aparmaqla diqqətləri yayındırmağa çalışırlar. Amma, Suriya hökuməti müstəqil bir dövlət olaraq ölkəni terrorçular qarşısında müdafiə etmək haqqına malikdir.

B.Qasemi İran, Rusiya və Türkiyə başçılarının Suriya ilə bağlı 7 sentyabrda Tehranda baş tutacaq iclasına da işarə edib və deyib: İran bu iclasa nikbindir və Suriyanın durumu ilə bağlı danışıqların bu ölkənin vəziyyətinə və terrorizm ilə mübarizəyə müsbət təsir göstərə biləcəyinə inanır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü nüvə anlaşması ilə bağlı danışıqlar və Avropa tərəfinin irəli sürdüyü təkliflər haqda da deyib: İran və Avropa maliyyə, pul, bank və digər məsələlər barədə bir çox danışıqlar aparıblar. Amma, irəli sürülən təkliflər hələ ki, İranın gözləntilərini doğrultmur və yekun formasını hələ ki, almayıb.

Qasemi əlavə edib: Əgər Avropa  qalan zaman ərzində bu böyük sınaqdan başıuca çıxa bilərsə, İranın razılığını əldə edə bilər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İraqdakı son olaylar və müxtəlif siyasi qrupların yeni hakimiyyətin formalaşdırılması üzrə səyləri haqda da deyib: İranın İraqdakı siyasi proseslərə təsir göstərməyə çalışmasına dair xəbərlər əsassızdır və buna lazımi cavab veriləcək.

Qasemi sonda deyib: İraqın  yeni hökuməti bu ölkə xalqının seçimi olmalıdır və İran bu seçimə hörmət edir. İran və İraq iki qonşu ölkə olaraq yaxşı əlaqələrə malikdirlər və hər iki ölkə ərazi bütövlüyünün qorunması prinsipi əsasında qarşılıqlı hörmət əsasında münasibətlərin qorunmasına çalışırlar.

Teqlər