Ruhani: İranın ABŞ, sionist rejim və onlardan asılı olanlardan başqa düşməni yoxdur
İran İslam Respublikası prezidenti bu gün İranın Amerika, sionist rejim və onlardan asılı olanlardan başqa heç bir düşməni olmadığını söyləyərək, deyib: İran İslam Respublikası birlik və yekdillik ilə düşmənlərinə qalib gələcək.
Həsən Ruhani şənbə günü Tehranda 14-cü milli Şəhid Rəcayi festivalında İran xalqının heç vaxt ABŞ-ın təzyiqlərinə təslim olmayacağını deyərək, əlavə edib: İran xalqı nə dediklərini və nə etdiklərini bilməyən, hamı ilə çəkişmədə olan Ağ Evin bir qrup yeni hakiminin təzyiqlərinə təslim olmayacaq.
Ruhani əlavə edib: Ağ Evin yeni sahibləri sadəcə İran İslam Respublikası quruluşu ilə deyil, ABŞ-ın keçmiş və ənənəvi dostları və müttəfiqləri, Amerika ilə yaxın iqtisadi əlaqələrə malik olan ölkələr ilə də ixtilaflara malikdir.
İran prezidenti amerikalıların bir tərəfdən İran xalqına təzyiq göstərdiklərini, digər tərəfdən isə müxtəlif formalarda müzakirə mesajı göndərdiklərini deyərək, əlavə edib: Amerikalılar ikili rəftara malikdirlər və bu gün savaş iqtisadiyyat və təbliğat savaşıdır.
Amerika 8 may 2018-ci ildə İran ilə nüvə anlaşmasından çıxdıqdan sonra İrana təzyiq göstərmək üçün bütün imkanlarını səfərbər edib.
ABŞ prezidenti Donald Tramp 6 avqust 2018-ci ildə İrana qarşı nüvə sanksiyalarını bərpa etdi. Amma, Avropa Birliyi, Rusiya, Türkiyə və bir çox ölkə ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmədiklərini bildirdilər.