İranın təhlükəsizlik naziri Əhvaz terror hücumunun təşkilatçılarına xəbərdarlıq edib
Sen 23, 2018 21:41 Asia/Baku
İranın təhlükəsizlik naziri vurğulayıb ki, İran İslam Respublikası Əhvaz terror hücumunun təşkilatçılarına möhkəm cavab verəcəkdir.
Seyid Məhmud Ələvi bu gün bildirib: İranın təhlükəsizlik qüvvələri daşürəkli cinayətkarlaın təqib olunmalarından həbs və mühakimə edilmələrinədək mübarizə aparacaq və ilk addımda Əhvazdakı insanlığa zidd terror hücumunun təşkilatçılarına dağıdıcı cavab verəcəklər.
İranın təhlükəsizlik naziri əlavə edib: Muzdur və imperializm amili olan Səddamın və onun regional tərəfdarlarının İrana qarşı hücumda nakam qaldıqları və İranın qeyrətli xalqının möhkəm cavabı ilə üzləşdikləri kimi İranı təhlükəli etmək üçün xaricilərin himayəsilə törədilmiş Əhvaz şəhərindəki terror hücumu da nakam qalacaqdır.