Zərifin Nyu-Yorkda nüvə anlaşması ilə bağlı məşvərətləri davam edir
İranın xarici işlər naziri Nyu-Yorkda müxtəlif ölkələrin xarici işlər nazirlərilə ikitərəfli danışıqlarının məzmununu ikitərəfli əlaqələrin genişləndirilməsi, nüvə anlaşması və ABŞ-ın nüvə anlaşmasını pozmaq üzrə hərəkətləri ilə mübarizə elan edibdir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən ölkələrin xarici işlər nazirlərindən bir qrupu ilə ikitərəfli danışıqlarına toxunaraq, deyib: Digər ölkələrlə həmkarlıqların genişləndirilməsi üzrə həll yollarının tapılması beynəlxalq bir öhdəlikdir və beynəlxalq əlaqələrdə ciddi şəkildə izlənilir.
Zərif İranın bank və ticarət maraqlarının qorunması üçün Avropa Birliyinin nüvə anlaşması ilə bağlı paketinin tam şəkildə icra olunmasını vurğulayaraq, əlavə edib: Bu addımlar Amerikaya göstərəcək ki, onun digər ölkələrin maliyyə gələcəkləri üçün qərar çıxarmaq icazəsi yoxdur.
İranın xarici işlər naziri həmçinin dünən Suriyanın xarici işlər nazir Vəlid Muəllim ilə olmuş görüşünə işarə edib. O, İran İslam Respublikasının son Suriya olayları barədəki baxışı haqda belə deyib: İran İslam Respublikasının prioriteti İdlibdə insan böhranının qarşısının alınmasıdır və bu məsələ dinc formada həll olunmalıdır.