Sen 30, 2018 09:01 Asia/Baku
  • Qasemi: Ərəbistan dünyada terrorizmin ən tanınmış himayədarıdır
    Qasemi: Ərəbistan dünyada terrorizmin ən tanınmış himayədarıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bu gün bütün dünyanı, xüsusən Yaxın Şərqi bürümüş terrorizmin Ərəbistandan və bu rejim tərəfindən təbliğ edilən, yayılan və maliyyələşdirilən ifratçı təfəkkürlərdən başqa yeri yoxdur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyrin BMT-nin Baş Assambleyasında İrana qarşı puç və çeynənmiş iddialarını rədd edərək, əlavə edib: İndi Adil Əlcubəyr iftixarla ölkəsinin Donald Trampın multilateralizm ilə mübarizə, həmçinin beynəlxalq razılaşmalar və müqavilələri pozmaq üzrə strategiyasını dəstəklədiyini elan edir. Bu, qəribə bir məsələ deyil, zira onun ölkəsi əmirliklər və sionist rejim lobbisi ilə yanaşı, milayrdlarla dollar xərcləyərək, Amerikanın hərraca qoyulmuş xarici siyasətini özünün istədiyi səbatsızlaşdırma və militarizmləri yolunda irəlilətməyə can atır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyada iştirak etməsinə toxunaraq, deyib: Yəməndə qorxunc insan faciəsi və dağıntılar amili olan bir təcavüzkar ölkənin xarici işlər nazirinin bu cür BMT tribunasından sui-istifadə etməsi və ifratçılıq, düşmənçilik, zorakılıq və militarizm şeypurunu çalması onun və Ali-Səud-un yetişdikləri təfəkkürdə köklərə malikdir.

Ərəbistanın xarici işlər naziri cümə günü BMT Baş Assambleyasının sessiyasında İranın Yaxın Şərqdə səbatsızlığa rəvac verdiyini iddia edərək, deyibdir ki, Ərəbistan Amerikanın İranla mübarizə üzrə yeni strategiyasını himayə edir.

Teqlər