Sepah-ın son əməliyyatında İŞİD başçılarından 40 nəfər ölüb
https://azeri.sahartv.ir/news/İran-i324351-sepah_ın_son_əməliyyatında_İŞİd_başçılarından_40_nəfər_ölüb
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Sepah-ın Suriyada Fəratın şərqində həyata keçirdiyi son raket əməliyyatında İŞİD başçılarından təqribən 40 nəfər və Mosul bölməsinin komandanı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2018 18:06 Asia/Baku
  • Sepah-ın son əməliyyatında İŞİD başçılarından 40 nəfər ölüb
    Sepah-ın son əməliyyatında İŞİD başçılarından 40 nəfər ölüb

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Sepah-ın Suriyada Fəratın şərqində həyata keçirdiyi son raket əməliyyatında İŞİD başçılarından təqribən 40 nəfər və Mosul bölməsinin komandanı öldürülüb.

Briqada generalı pasdar Əmirəli Hacızadə Sepah-ın terrorçulara qarşı son raket əməliyyatının detallarına toxunaraq, əlavə edib: İŞİD başçılarının Suriyada Fəratın şərqində yerləşən Əlbukəmal məntəqəsindəki qərargahına qarşı raket hücumundan əldə olunmuş təsvirlər göstərir ki, bütün raketlər nəzərdə tutulan hədəflərə dəyibdir.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı bildirib ki, terrorçuların Əlbukəmal məntəqəsindəki qərargahına qarşı raket əməliyyatı kombinə edilmiş bir əməliyyat idi. O, deyib: Bu əməliyyatda ilk dəfə olaraq, pilotsuz bombardmançı təyyarələrdən istifadə olundu.

General Hacızadə sonra deyib: Amerikalıların bazalarının terrorçuların yerləşdikləri məkana yaxın olmalarına rəğmən, raketlər hədəflərə dəydi və koalisiya qüvvələri zərər çəkmədilər. Amerikalılar da etiraf etdilər ki, bu əməliyyat diqqətlə həyata keçirilibdir.