Xərrazi: Avropanın gələcəyi Amerikadan müstəqil olmasından asılıdır
İran Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Amerika prezidenti Donald Trampın siyasətləri səbəb olub ki, digər ölkələr müstəqil siyasətlərə malik olmuş və yollarını amerikalılardan ayırmış olsunlar.
Kamal Xərrazi Tehranda Avstriyanın Təhlükəszilik və Avropa Araşdırmaları müəssisəsinin direktoru Verner Fasslabend ilə görüşdə deyib: Avropa bu nəticəyə gəlibdir ki, Avropanın gələcəyi Amerikadan müstəqil olmasından asılıdır və bu məsələni çinlilər də izləyirlər.
Xərrazi həmçinin ABŞ-ın və bəzi avropalı ölkələrin terrorizmlə mübarizə sahəsindəki ikili siyasətlərini tənqid edərək, əlavə edib: Amerikanın və Fransa daxil olmaqla bəzi Avropa ölkələrinin özləri terrorçuların sığınacaqaları olaraq, onlara təbliğat və İrana qarşı hərəkət imkanları verirlər.
Verner Fasslabend də bu görüşdə bildirib ki, Tramp Avropanın mövqeyini zəiflədibdir. O, deyib: Amerikadan müstəqil bir müdafiə və təhlükəsizlik siyasətinin inkişaf etdirilməsi və avronun gücləndirilməsi Amerikanın rəftarları qarşısında Avropa İttifaqı üçün önəm daşıyır.