Zərif: ABŞ-ın sanksiyalara aludəçiliyi nəzarətdən çıxıb
İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü axşam ABŞ-ın İrana qarşı yeni sanksiyalarına reaksiya olaraq, Tvitterdə paylaşdığı yazıda ABŞ-ın sanksiyalara olan aludəçiliyinin nəzarətdən çıxdığını bildirib.
İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif bildirib: Ərzaq məhsulları və dərman preparatlarının idxal edilməsində önəmli rola malik olan İranın özəl banklarından biri, qeyri qanuni bir tərəf ilə arada 8 vasitəçinin olduğu bir əlaqədə ittiham edilərək, sanksiyalara məruz edilib.
ABŞ çərşənbə axşamı İrana qarşı düşmənçiliklərinin davamında İranın 20 bank, şirkət və maliyyə müəssisəsinin adını sanksialar siyahısına daxil edib.
ABŞ-ın Maliyyə Departamenti İranın 20 bank, şirkət və maliyyə müəssisəsini Sepah ilə əlaqəyə malik olmaqda ittiham və adlarını sanksiyalar siyahısına daxil edib.