Tehranın müvəqqəti imam cüməsi: İran ABŞ-ın savaş maşınını durdurdu
https://azeri.sahartv.ir/news/İran-i326567-tehranın_müvəqqəti_imam_cüməsi_İran_abŞ_ın_savaş_maşınını_durdurdu
Tehranın müvəqqəti imam cüməsi deyib: İran İslam Respublikası ABŞ-ın savaş maşının durdurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2018 13:10 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: İran ABŞ-ın savaş maşınını durdurdu
    Tehranın müvəqqəti imam cüməsi: İran ABŞ-ın savaş maşınını durdurdu

Tehranın müvəqqəti imam cüməsi deyib: İran İslam Respublikası ABŞ-ın savaş maşının durdurub.

Höcətülislam vəlmüslimin Məhəmməd Həsən Turabifərd bu gün Tehranın cümə namazı xütbələrində deyib: Heç şübhəsiz, ABŞ-ın İran ilə qarşıdurmasında ABŞ-ın keçmiş prezidentinin sözlərinə habelə, qərbli və şərqli analitiklərin dediklərinə istinadla, İran İslam Respublikası inkişaf etməkdə olan bir dövrü təcrübə edir. 

Höccətülislam vəlmüslimin Əbuturəbifərd  ABŞ prezidenti Donald Trampın siyasətlərinə işarə edərək, deyib: Bu ölkə İran qarşısında dayanmayıb, 2 milyard insan qarşısında dayanıb. 

Tehranın müvəqqəti imam cüməsi ABŞ və İsrailin savaş maşınlarının palçığa batdığını deyərək, əlavə edib: İranın strategiyası müharibəyə mane olmaq və ABŞ-ın bu xüsusda öz məqsədinə çatmasını önləməkdir. 

Höccətülislam vəlmüslimin Əbuturabifərd İslam ölkələrinin birliyi və həmrəyliyi ilə regionun müharibə təhlükəsindən xilas olacağını deyərək, əlavə edib: Ərəbistan rejimi bu gün bütün ölkələrin nifrətini qazanıb və sadəcə ABŞ prezidenti tərəfindən himayə olunur. Bu rejim artıq yeni bir müharibəyə əl atacaq gücə malik deyil. 

Tehranın müvəqqəti imam cüməsi daha sonra Ərbəin mərasimin yaxın olduğunu xatırladaraq, Aşura qiyamına işarə edib və deyib: Aşura qiyamı dünya tarixində insan formalaşdıran bir cərəyana çevrilib. Ümidvaram İslam Ümməti iman və saleh əməl ilə izzət və səadət yolunda İslam İctimaiyyətinə layiqli şəkildə addımlasın.