Zərif: Dünya ABŞ-ın sanksiyaları qarşısında dayanıb
İran İslam Respublikasının xarici işlər naziri deyib: Dünya ABŞ-ın sanksiyaları qarşısında dayanıb. Xüsusilə qonşu ölkələr və Avropa ölkələri Vaşinqtonun birtərəfli siyasətləri qarşısında dayanıblar.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı İstanbulda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli iclasının kənarında deyib: ABŞ-ın İrana qarşı sanksiyaları beynəlxalq qanunlara və hüquq normalarına ziddir. Amma, təəssüflər olsun ki, bu ölkə qanunları pozaraq, qanuna əməl edən ölkələri cəzalandırır.
ZƏrif əlavə edib: Amerikalılar İran əleyhinə qanunsuz sankiylar ilə öz məqsədlərinə çata bilməyiblər.
İranın xarici işlər naziri əlavə edib: Türkiyə və Azərbaycan İranın mövqeyini dəstəkləyirlər və İran ilə əməkdaşlıqlarını davam etdirəcəklərini bildiriblər.