Okt 31, 2018 22:04 Asia/Baku
  • İran və Almaniya Amerikanın sanksiyaları ilə qarşılaşmaq üçün müştərək səylərə təkid ediblər
    İran və Almaniya Amerikanın sanksiyaları ilə qarşılaşmaq üçün müştərək səylərə təkid ediblər

İran və Almaniyanın Vyanada beynəlxalq təşkilatların nəzdindəki səfirlər və nümayəndəəri Amerikanın birtərəfli qeyri-qanuni sanksiyalarına qarşı müştərək səylərin gücləndirilməsinə təkid ediblər.

İRNA-nın bu gün verdiyi məlumata görə, İranın Vyadana beynəlxalq təşkilatlar nəzdindki daimi nümayəndəsi Kazım Qəribabadinin Almaniyanın həmin təşkilatlardakı daimi nümayəndəsi Gerhard Küntzl ilə görüşündə tərəflər İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) mənafeyindən faydalanması üçün lazımı mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıblar. 

Görüşdə alman diplomat deyib: Unilateralizm qarşısında multilateralizm mühafizə edilməsi eləcə də beynəlxalq hüquq hakimiyyəti, Almaniya hökumətinin xarici siyasətinin dəyişməz prioritetinin bir hissəsidir. 

Amerikanın prezidenti Donald Tramp 2018-ci il mayın 8-də İrana qarşı əsassız ittihamlar səsləndirməklə Vaşinqtonun ƏMTP-dən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu elan etdi. 

Avropa birliyi ABŞ prezidentinin bu hərəktinə qarşı çıxdı. 

AB son vaxtlar ABŞ sankiyalarının İranla ticarət quran şirkətlərə mənfi təsirlərinin qarşısını almaq üçün yeni maliyyə mexanizmi təqdim edib. 

 

Teqlər