Noy 01, 2018 10:06 Asia/Baku
  • Zərif: Mossad İran-Avropa münasibətlərini korlamağa çalışır

İran İslam Respublikasının xarici işlər naziri Danimarkanın Tehrana qarşı iddiasını İsrailin casusluq kəşfiyyatın Mossadın destruktiv əməliyyatı çərçivəsində dəyərləndirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün, cümə axşamı səhər öz Tvitter səhifəsində yazıb: Mossad-ın "yalanç bayraqların" ələm edilməsi üzrə destruktiv hərəkətləri İranın dünya ilə konstruktiv anlaşma iradəsini daha da gücləndirir. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də çərşənbə axşamı deyib: ABŞ, İsrail və bu gün ağır ittihamlar ilə üz-üzə olan digər bədnam tərəf psixoloji müharibə çərçivəsində İranı ittiham etməyə və bu yolla ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ərəfəsində İran - Avropa münasibətlərini  korlamaq istəyirlər. 

İsraildə çıxan Yerusəlim Post qəzeti də çərşənbə günü yazıb: İsrail Danimarkada İranın adına saxta cinayət işinin açılmasında birbaşa rola malik olub. 

Bu qəzet həmçinin yazıb: İsrailin casusluq təşkilatı Mossad-ın "İranın Danimarkada bir nəfərə qarşı sui-qəsd planı" adlandırdığı işlə bağlı məlumatları Danimarkaya təhvil verdiyini deyib. 

Danimarka çərşənbə axşamı bəzi Avropa ölkələrində İrana qarşı mənfi atmosferin yaradılmasına dair cəhdlərin davamında Tehranı Danimarka ərazisində terror aktı törətməyə cəhd göstərməkdə ittiham edərək, İran səfirini Xarici İşlər Nazirliyinə çağırtdırıb. 

Teqlər