Noy 08, 2018 11:25 Asia/Baku
  • Qum İmam Rzanın(ə) şəhadəti axşamında matəmə qərq olub

İmam Rzanın(ə) şəhadəti axşamında Qum şəhərində müxtəlif əzadarlıq mərasimləri keçirilib.

İranın müxtəlif şəhərlərindən axın edən zəvvarlar İmam Rzanın(ə) əziz bacısı xanım Məsumənin(s) məqbərəsində o həzrətin şəhadəti axşamında əzadarlıq ediblər. 

Sinə və zəncir vuran dəstələr xanım Məsumənin(s) məqbərəsində bir araya gələrək, azadarlıq edib.

İmam Rza(ə) hicrətin 148-ci ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ilində şəhid olub. 

İmam Rzanın(ə) hayətı və imamlıq dövrü müsəlmanlar arasında Əhli-Beytə(ə) maraq və diqqətin artdığı dövrə təsadüf etdir.

Xalqın imama olan meylinin güclənməsi ilə Abbasi xəliflələrindən olan Məmun o həzrəti şəhid etmək qərarına gəlir. Bu planını o həzrəti zəhərləməklə həyata keçirir. 

İran xalqı İmam Rzanın(ə) şəhadəti axşamında hüseyniyələr, məscidlər və dini məkanlara xüsusilə Məşhəd şəhərində İmam Rzanın(ə) və Qum şəhərində o həzrətin əziz bacısı xanım Məsumənin(s) məqbərəsinə üz tutaraq, əzadarlıq edib. 

Teqlər