Noy 11, 2018 16:22 Asia/Baku
  • Omanda 40 iranlı tikinti şirkətinin fəaliyyəti barədə müqavilə imzalanıb
    Omanda 40 iranlı tikinti şirkətinin fəaliyyəti barədə müqavilə imzalanıb

Qırx iranlı mütəxəssis şirkətin Omanın "SƏNDAN" adlı ən böyük ixtisas şəhərciyində tikinti sahəsində iştirakı üzrə müqavilə imzalanıb.

İranın Omandakı səfiri Mohəmməd Reza Nuri-Şahrudinin iştirakı ilə imzalanan bu müqavilə inşaat sahəsində fəaliyyət göstərən iranlı mütəxəssis şirkətlərə Omanda öz məhsullarını təqdim edərək, onları satmaq və nəticədə bu ölkə ilə ticarəti genişləndirmək icazəsi verəcək.

İranın Maskatdakı səfiri bu müqavilənin imzalanması mərasiminin kənarında deyib: Qırx iranlı tikinti şirkətinin Omanda fəaliyyəti barədə müqavilənin imzalanması, iranlı şirkətlərin Oman bazarına daxil olmaq istiqamətində tikinti materialları sahəsində iştirakı üçün olduqca yaxşı bir fürsətdir.

Teqlər